XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2015 - 12:53

Bank sektoru ilə bağlı 2 mühüm qanun qəbul ediləcək

 

bank milli.png

Azərbaycanın bank sektoru ilə bağlı 2 mühüm qanun layihəsi üzərində iş başa çatdırılıb. Söhbət “Fərdi məlumat bazasının yaradılması haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihələrindən gedir.

Bu barədə fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib.

Onun sözlərinə görə, hər iki sənəd Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb: “ümid edirəm ki, yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankı da daxil olmaqla dövlət qurumları bu sənədlərlə bağlı rəyini bildirəcək və hər iki qanun layihəsi Milli Məclisin yeni çağırışı üzrə ilk iclaslarından birinin gündəliyinə salınacaq”.

Zakir Nuriyev deyir ki, 1-ci qanun layihəsi müştərilər və banklar, başqa sözlə borcalanlar və borcverənlər arasında mübahisələrin qarşısının minimum həddə endirilməsinə, 2-ci qanun layihəsi isə daşınar əmlak girovluğu ilə kredit verilməsinə, başqa sözlə kreditləşmə üçün əlavə imkanların yaradılmasına hesablanıb.