XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 June 2017 - 16:11

Avropa Mərkəzi Bankı uçot dərəcəsini qaldırmadı –Qərar

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsini 0% səviyyəsində saxlanılmasına qərar verilib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini – 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

ECB-dən verilən açıqlamada bildirilib ki, faizlər hələ bir müddət bu həddə qalacaq. Bununla yanaşı, bu dəfəki açıqlamada faizlərin lazım gələrsə bir qədər də azaldıla biləcəyi ilə bağlı fikir səsləndirilməyib. 

Bank həmçinin monetar ekspansiya ilə bağlı qərarını dəyişməyib və aylıq istiqraz alışə həcmini 60 mlrd. avro məbləğində saxlayıb.