XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Noyabr 2015 - 07:18

İpoteka kreditləri genişləndiriləcək – Nazirdən müjdəli açıqlama

“Azərbaycan İpoteka Fondu” ASC ölkədə ipoteka kreditinin genişlənməsi üçün daxili bazardan 200 milyon manat cəlb etməyi planlaşdırır.

Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov jurnalistlərə bildirib. Bununla yanaşı, nazir qeyd edib ki, dövlət büdcəsindən növbəti ildə ipotekanın maliyyələşdirilməsinə 50 milyon manat ayırılacaq.

200 milyon manat cəlb edilməsi vaxtını nazir dəqiq söyləməyib. Daxili bazardan vasitələrin cəlb edilməsi Azərbaycan ipoteka fondunun yenidən təşkil edilməsində sonra mümkün olub(Trend).