XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

21 Noyabr 2015 - 11:01

Natiq Əliyev Bakının qoşulmadığı Qaz İxrac edən Ölkələr Forumuna gedir – TEHRANA

 

natiq aliyev.jpg

 

Azərbaycanın energetika naziri Natiq Əliyev noyabrın 23-də Tehranda keçiriləcək Qaz İxrac edən ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının 3-cü sammitində iştirak edəcək.

Azərbaycan GECF-in üzvü deyil, lakin Natiq Əliyev sammitə xüsusi dəvətə əsasən qatılacaq.

Səfər çərçivəsində N.Əliyev bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Strateq.az Energetika Nazirliyinə istinadla bildirir ki, Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərin təhlili forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Azərbaycanın da Qaz İxrac edən ölkələr Forumuna qoşulması tranzit və ixrac qaz kəmərlərinin tikilməsi, dayanıqlı qaz hasilatının tənzimlənməsi, Xəzəryanı ölkələrin qaz kəmərlərinin bir-biri ilə əlaqələndirilməsinin öyrənilməsi, Xəzəryanı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində yeni innovasiyaların tətbiqi, bazar şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qaz İxrac edən ölkələr Forumu 2001-ci ildə Tehran şəhərində yaradılıb, 2008-ci ildə Moskva şəhərində hüquqi olaraq təsis edilib. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətərin paytaxtı Doha şəhərində yerləşir. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 6 müşahidəçi (Qazaxıstan, Hollandiya, Norveç, İraq, Oman və Peru) üzvü var. Foruma üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70 faizini, boru kəmərləri ilə ticarətin 35 faizini, LNG istehsalının 85 faizini cəmləşir. Qaz İxrac edən ölkələr Forumunun ilk sammiti 2011-ci ildə Qətərdə, ikincisi isə 2013-cü ildə Moskvada keçirilib.

Noyabrın 23-də Tehranda keçiriləcək 3-ü sammitdə dünya enerji daşıyıcı bazarındakı vəziyyət müzakirə ediləcək. 3-cü Qaz sammitinin nəticəsi kimi “Tehran Bəyannaməsi”nin imzalanması da gözlənilir.