XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

10 İyun 2017 - 11:16

Avropa Yenidənqurma və İnkişaf Bankının TANAP-akredit ayıracağı gözlənilir

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yaxın aylarda Transanadolu qaz kəməri (TANAP) layihəsi üçün 500 milyon dollar kredit ayırması barədə qərar qəbul edəcəyi gözlənilir.

Bu məlumat Trend-ə bankdakı mənbədən verilib.

Məlumata görə, AYİB tərəfindən maliyyələşən bütün layihələrin müəyyən meyarlara uyğunluğu tələb olunur.

Qeyd edək ki. TANAP-la əlaqədar meyarlara ekoloji və sosial standartlara uyğunluq, o cümlədən əhalinin sağlamlığının, təhlükəsizliyinin, boru kəmərinin marşrutu boyunca biomüxtəlifliyin mühafizəsi daxildir.