XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

10 İyun 2017 - 15:37

Azərbaycanda bankların müştəri bazası5% artıb

Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 74 339 nəfər və ya 1,34% artaraq cari il mayın 1-nə 5 630 404 nəfər təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Müştərilərin 5 554 626 nəfəri fiziki, 75 778 nəfəri hüquq şəxslərdir. Aylıq müqayisədə fiziki şəxslərin sayında 72 250 nəfər və ya 1,32%, hüquqi şəxslərdə isə 2 089 nəfər və ya 2,84% artım qeydə alınıb. Bu müddətdə sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da artım olub. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 6 318 nəfər və yaxud 3,26% artaraq 200 435 nəfərə çatıb.

Hesabata əsasən, bankların müştəri bazasında ilin əvvəli ilə müqayisədə isə 277 948 nəfər və ya 5,19%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 90 347 nəfər və ya 1,63% artım baş verib.