XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

22 Noyabr 2015 - 15:39

Azərbaycan QİÖF-un yeni müşahidəçisi seçilib – Nazirlərin toplantısı

Qaz İxracatçıları ölkələri Forumuna (QİöF) üzv ölkələrin energetika nazirləri təşkilatın baş katibini seçiblər.

 2016-cı ilin yanvarın 1-dən başlayaraq iki il ərzində QİöF-un baş katibi səlahiyyətlərini İran nümayəndəsi olan Hüseyn Adeli icra edəcək. Belə ki, QİöF-a üzv ölkələrin energetika nazirlərinin görüşün yekununda qəbul edilən bəyannamədə deyilir ki, Adeli 2 il müddətinə təşkilatın baş katibi seçilib. Həmin bəyannaməyə görə, Azərbaycan QİöF-un yeni müşahidəçisi seçilib.
 
Nazirlərin görüşünün yekununda növbəti toplantının 2016-cı ili noyabrın 17-də keçiriləcəyi qərara alınıb. 
 
Xatırladaq ki, QİöF dünyada qaz icracatı üzrə lider olan ölkələri birləşdirir. Forumun təməli 2001-ci ildə Tehranda qoyulub. Təşkilatın fəaliyyəti isə 2008-ci ildə isə Moskvada üzv ölkələrin energetika nazirlərinin nizamnamə qəbul etməsi və dövlətlərarası razılığın imzalanması ilə rəsmiləşdirilib. 
 
QİöF-a üzvləri Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, BƏƏ və Venesueladır. İraq, Qazaxıstan, Niderland krallığı,Oman və Peru isə forumda müşahidəçilər qismində iştirak edir.
 
ANS