XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

12 İyun 2017 - 09:47

Beş ay ərzində Gömrük Komitəsi  büdcəyə 975 milyon manat pul köçürüb

Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 974 mln. 903,31 min manat daxil olub.

Komitənin açıqladığı statistikaya əsasən gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 124 mln. 317,96 min manat və ya 14,62% artıb.

Bu ilin beş ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 268 mln. 20,84 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 663 mln. 809,14 min manat, aksizlər üzrə 39 mln. 25 min manat, yol vergisi üzrə isə 13 mln. 48,33 manat təşkil edib. (APA)