XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

12 İyun 2017 - 09:51

“Aqrolizinq” 7 min baş cins inək almaq üçün 33 milyon dollarlıq müqavilə imzalayıb


"Aqrolizinq" cins mal-qara almaq üçün 33 milyon 970 min manat məbləğində iki müqavilə bağlayıb.

 "Novero İnvest LTD" (Braziliya) şirkəti ilə 6 min baş Simmental cinsindən inək alınması üzrə müqavilənin məbləği 29 mln 579,7 min manatdır.

 "Longmar Networks LTD" şirkəti ilə 1 min baş Holştin-friz cinsindən inək alınması üçün 4 mln 390,3 min manatlıq müqavilə bağlanılıb. Hər iki şirkət bu il Bakıda nümayəndəlik açıb.

 Xəbər verdiyimiz kimi, "Aqrolizinq" ASC-nin 16 fevralda elan etdiyi açıq tenderin nəticəsi məlum olmuşdu. Belə ki, qeyd edilən tarixdə keçirilmiş açıq tenderdə lot-1 üzrə "Longmar Networks", lot-2 üzrə "Novero İnvest" şirkəti qalib elan olunmuşdu.  Tnderdə lot-1 üzrə 2 000 baş "Holştin-friz" cinsli damazlıq heyvanların, lot-2 üzrə 5 000 baş "Simmental" cinsli damazlıq heyvanların alınması nəzərdə tutulurdu.