XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

12 İyun 2017 - 19:54

Beş ay ərzində Rusiyadan 22 milyard dollar pul çıxarılıb –Rusiya Mərkəzi Bankı

Bu ilin ilk beş ayı ərzində Rusiyadan çıxarılan xalis kapitalın həcmi 22 mlrd. ABŞ dolları təşkil edib.

 "Report" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.

 Bildirilib ki, 2016-cı ilin analoji dövrün ərzində Rusiyadan xalis kapital axını 10,3 mlrd. dollar olub. Beləliklə, kapital axınında illik müqayisədə 2,17 dəfə artım qeydə alınıb. Rusiya Bankının açıqlamasında deyilir ki, ötən ildən fərqli olaraq kapital axınınıda bu il bank sektorunun xarici aktivlərini yerləşdirməsi əməliyyatları və xarici öhdəliklərin ödənilməsi faktları üstünlük təşkil edib.

 Xatırladaq ki, 2016-cı ilin yekununda Rusiyadan xalis kapital axını 15,4 mlrd. dollar olub. 2015- ci ildə isə bu göstərici 57,5 mlrd. dollar təşkil edib.