XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

24 Noyabr 2015 - 11:36

İsveç dövlət Katibliyi: “Azərbaycanda kiçik və orta biznesin pula çıxış imkanı məhduddur”

 

pul-1.png

Azərbaycanda kreditləşmə əməliyyatlarında daşınar əmlakın təminat kimi istifadəsi kiçik bə orta biznesin üDM-ə töhfəsini artıra bilər. 

Bunu İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyinin (SECO) regional direktorunun müavini Simon Heberli (Simone Haeberli) məlumat verib.

“Azərbaycanda kiçik və orta biznes ümumi daxili məhsula cəmi 10% töhvə verir. İsveçrədə kiçik və orta biznesin üDM-ə töhfəsi 60%, məşğulluqda isə 70%-dir. 2014-cü ildə Azərbaycanda kiçik və orta biznes üDM-ə 8 mlrd. manat töhvə verib. İsveçrədə bu göstərici Azərbaycandan 50 dəfə artıqdır. Bu isə onların rahat və sərfəli maliyyələşməsinin təşkili ilə bağlıdır”, – deyə SECO rəsmisi bildirib. (Report)

Onun sözlərinə görə, Azərbaycanda KOB nümayəndələrinin əksəriyyəti maliyyələşməyə çıxış imkanlarının məhdudluğundan şikayət edir: “Dünya Bankının ölkədə kiçik və orta biznes nümayəndələri arasında apardığı sorğuda iştirak edənlərin 51%-i kapitala çıxış imkanlarının çətinliyini qeyd ediblər. Daşınar əmlak reyestrinin yaradılması, kreditləşmədə təminat kimi daşınar əmlakın da nəzərə alınması KOB-ların maliyyə resurslarına çıxış imkanlarını genişləndirə bilər”, – deyə S.Heberli qeyd edib.