XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2015 - 08:46

Avropa Mərkəzi Bankı sabahdan bu pulları dövriyyəyə buraxacaq – FOTO
 

Avropa Mərkəzi Bankı (AMB) yeni 20 avroluq əskinasların sabahdan etibarən dövriyyəyə buraxılacağını açıqlayıb. 

Bankdan verilən yazılı açıqlamada yeni əskinasların çərşənbə günü dövriyyəyə buraxılacağı, əskinasların holoqram lenti üzərində olan və işığa tərəf tutulduğunda şəffaf hala gələn portret pəncərəsi ilə tanınacağı bildirilir.

Bankın idarə heyətinin üzvü Yves Mersç kağız pulların əvvəllər və indi olduğu kimi mühüm bir ödəmə vasitəsi olmağa davam edəcəyini və yeni 20 avroluq əskinasın bazara daxil olmasının buna sübut olduğunu söyləyib. 

Avropanın pul vahidindəki dəyişikliyin 50, 100, 200 və 500 avroluq əskinaslarda da tətbiq olunacağı gözlənilir(Avropa.info).