XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

19 İyun 2017 - 10:34

“NBC Bank”ın  bütün səhmdarlarının payı dəyişib –“Nurgün Motors” şirkətinin prezidenti ən çox paya sahib olub

“Nurgün Motors” şirkətinin prezidenti Nuru Əliyev 2016-cı ildə "NBC Bank"ın kapitalındakı payını 57,51%-dən 65,91%-dək artırıb.

 Dərc edilmiş illik maliyyə hesabatına əsasən, 2016-cı ildə bankın bütün səhmdarlarının payı dəyişib.  N.Əliyev bankın ən iri və 10%-dən çox pay sahibi olan yeganə səhmdarı olaraq qalır.  2016-cı ildə bankın digər səhmdarlarının payında isə azalma qeydə alınıb.

 Xüsusilə Surxay Əhmədovun payı 4,3%-dək (2015-ci ilin sonuna 8,4% təşkil edib), “Nurgun Group”un payı 6,02%-dək (7,51%), qalan səhmdarların payı 23,57%-dək (26,58%) azalıb.   (İnterfaks- Azərbaycan)