XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

20 İyun 2017 - 14:29

Əmlak Məsələləri Dövlət Komitəsi:"Bu gün 32 dövlət əmlakı özəlləşdirilib"

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün 32 dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçirib.

Strateq.az Komitəyə istinadən bildirir ki,  hərracda 1-i səhmdar cəmiyyəti, 19-u  kiçik dövlət müəssisəsi, 7-si qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyətinə,  8 kiçik dövlət müəssisəsinə, 6 istifadəsiz qeyri yaşayış sahəsinə və 5 nəqliyyat vasitəsinə, respublikanın digər şəhər və rayonları üzrə 11 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sifariş verilib. Ümumilikdə isə 1 mln. manatdan artıq vəsait dövlət büdcəsinə köçürülüb.

Özəlləşdirilən əmlaklar səhiyyə, pambıqçılıq sahəsinə aid olmaqla yanaşı ictimai iaşə, nəqliyyat sferasında da obyektlər öz sahibi tapır. Məsələn yerləşmə, sahəsinə və digər parametrlərinə görə seçilən “Dalğa” kiçik dövlət müəssisəsi ictimai iaşə obyekti kimi iqtisadi baxımdan əlverişlidir. Sumqayıtda yerləşən bu əmlakın torpaq sahəsi 5 202 kvadratmetr, ümumi faydalı sahəsi isə 1 271 kvadratmetr təşkil edir.

Paytaxtda özəlləşdirilən 8 kiçik dövlət müəssisəsindən 3-ü Sabunçu, 3-ü Suraxanı digərləri isə müvafiq olaraq Nəsimi və Pirallahıda yerləşir. 6 istifadəsiz qeyri yaşayış sahəsindən isə  4-ü Nərimanovda, qalanları isə müvafiq olaraq Sabunçu və Nəsimi rayonlarındadır.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən 11 kiçik dövlət müəssisəsindən 3-ü Şəmkirdə, 2-si Sabirabadda qalanları isə müvafiq olaraq Sumqayıtda, Şəkidə, Daşkəsəndə, Salyanda, Zaqatalada və Ağsuda yerləşir. Bölgələrdə özəlləşdirilən qeyri yaşayış sahəsi isə Şirvan şəhərindədir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Qeyd edilməlidir ki, Şəkidə yerləşən Barama Toxuma zavodu kimi əmlakların özəlləşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı, həm də  yüngül sənayenin inkişafına töhvə verir. Bu isə daxili geyim tələbatımızın ödənilməsinə, xarici bazarlardan asılılığımızın aradan qalxmasına səbəb olur. Eyni zamanda ölkədən vəsait çıxmamaqla yanaşı bu, ixrac potensialımızın artırılması ilə kapital axınına imkan yaradır. Bundan başqa, özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsi də bölgələrdə yeni iş yerlərinin açılmasına, regionların iqtisadi potensialının artmasına şərait yaradır. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir.  Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, özəlləşdirmə portalı, eləcə də “facebook” sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Komitə tərəfindən növbəti belə hərrac 29 aprel tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1888