XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

20 İyun 2017 - 22:48

Azərbaycan nefti bahalaşdı –0.24 dollar

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 47,69 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,24 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 47,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,24 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 19-da 44,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 19-da 46,15 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,13 dollar/barel çoxdur.