XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 İyun 2017 - 10:57

Deaktiv Sim nömrələrin bərpası pullu oldu- Bu gündən

Bu gündən etibarən fakturasız (SimSim) xətt sisteminə aid ləğv edilmiş nömrələrin bərpa əməliyyatı ödənişli olacaq. Trend-in məlumatına görə, xidmət haqqı 1 (bir) AZN təşkil edəcək.

Qeyd edək ki, əgər nömrə adınıza rəsmləşdirilibsə, bərpa əməliyyatı üçün 5 AZN nominallı danışıq kartı ilə yaxınlaşmalısınız. Həmin məbləq balansa yüklənilir.

Əgər nömrə digər şəxsin adına rəsmləşdirilibsə, o zaman (050) prefiksli nömrələr üçün 20 AZN, (051) prefİksli nömrələr üçün isə 10 AZN dəyərində danışıq kartı ilə ofislərə müraciət olunmalıdır. Bərpa olunacaq nömrə adınıza rəsmləşdirilir və təqdim etdiyiniz danışıq kartı həmin nömrənin balansına yüklənilir.