XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2017 - 16:04

Komitə sədri:"Mərkəzi Bank "Bank Standard"da auditin aparılmamasına göz yumub"

"2013-cü ildən "Bank Standard" QSC-də audit aparılmayıb".

"APA-Economics" xəbər verir ki, bunu "Bank Standard"ın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov deyib. Sədrin sözlərinə görə, qeyd edilən dövrdə bankda auditin aparılmamasına o zaman tənzimləyici olan Azərbaycan Mərkəzi Bankı (AMB) göz yumub.

Ə.Həsənov onu da bildirib ki, bankın menecmenti iri məbləğlərdə təminatsız kreditlərin verilməsinə müdaxilə etməyib.

Əmanətlərin Sığortalanması Fondunun məlumatına əsasən, 16 iyun 2017-ci il tarixinə lisenziyası ləğv olunmuş "Bank Standard"ın qorunan  əmanətçilərinə 437 mln. 433 min manatdan artıq kompensasiya ödənilib ki, bu da ümumi kompensasiya öhdəliyinin 99,2%-ni təşkil edir.