XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 İyun 2017 - 12:19

Fransa yeni neft və qaz yataqlarını öz şirkətləri üçün qadağan edir

Fransa yeni neft və qaz yataqlarının kəşfiyyat və inkişaf etdirilməsinə lisenziya verilməsini dayandırır.

Bu barədə "The İndependent" qəzeti yazıb. Başqa sözlərlə prezident Emmanuel Makronun ətraf mühitə ziyansız enerji sahələrinin inkişaf etdirilməsinə kurs götürmüş hökuməti yeni neft və qaz yataqlarını öz şirkətləri üçün qadağan edir.

"Ekoloji keçid" naziri Nikolas Hulot deyib ki, bu barədə yeni qanun payızda qəbul ediləcək: "Karbohidrogenlərin kəşfiyyatı üçün bundan sonra lisenziyalar verilməyəcək" – deyə nazir BFMTV kanalına bildirib.

Əvvəllər də Fransada özünün ekoloji fəallığı və təbiət haqqında sənədli filmləri ilə tanınan nazir bunu da deyib ki, dizel yanacağına izafi vergilərin qoyulması tullantıların azalmasına yol açacaq. Özünün seçki kampaniyası ərzində Makron deyib ki, o qaz yataqlarının kəşfiyyatına və xüsusilə də Fransanın kənar ərazilərindən olan Fransa Qviyanasında frekingin əleyhinədir. Bununla belə cənab Hulot deyib ki, kəskin qadağan enerji şirkətlərinin məhkəmələrə şikayət müraciəti ilə nəticələnə bilər və buna görə də dəyişikliklər tədricən həyata keçirilməlidir.

Hazırda Fransada elektrik enerjisinin 75 faizini nüvə elektrik stansiyaları verir. Bu sahədə dövlət enerji şirkəti EDF-in 200 min işçisi var. Ötən il qəbul edilmiş qanunda nüvə enerjisinin payının 2025-ci ilədək 50 faizə endirilməsi nəzərdə tutulub. Bu, 20-dək nüvə reaktorunun bağlanmasına və işsizliyin artmasına səbəb ola bilər. Makron bu qanunu dəstəklədiyini desə də, onun icrasının dəqiq vaxtını dilə gətirməkdən çəkinir.

Bundan başqa prezident Fransa evlərində enerji istehlakının azaldılması üçün geniş yeniləndirmə proqramının tətbiqinə hazırlaşır. Bu proqram enerjinin istehlakının, karbon qazı emissiyalarının, enerji yoxsulluğunun azaldımasını və iş yerlərinin yaradılmasını nəzərdə tutur.

Makron və Hulot bərpa olunan enerji layihələrini ölkədə qonaq olan keçmiş Kalifornyia qubernatoru və aktyor Arnold Şvarseneggerlə müzakirə ediblər. Şvarsenegger bundan əvvəl demişdi ki, o, cənab Makronla görüşərək birlikdə "təmiz enejili gələcək" layihələrini müzakirə etməsindən qürur duyur. Onun əynindəki maykada "Gəlin planetimizi yenidən qüdrətli edək" yazılmışdı. Təhlilçilər bunu ABŞ prezidenti Donald Trampın "Gəlin Amerikanı yenidən qüdrətli edək" şüarına cavab kimi qiymətləndirirlər.

Fransa Donald Trampın ABŞ-ın Paris İqlim Sazişindən çıxması qərarını elan etməsini ən kəskin tənqid edən ölkə olmuşdu. (BBC)