Amerika fond bazarında Dow Jones indeksi 0,08% – 17 798,49 bəndədək ucuzlaşıb, NASDAQ 0,22% – 5 127,52 bəndədək, S&P 500 0,06% – 2 090,11 bəndədək artıb.
Strateq.az-ın məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,28% – 6 375,15 bəndədək, Almaniya DAX-ı 0,24% – 11 293,76 bəndədək, Fransa CAC-40-ı 0,32% – 4 930,14 bəndədək ucuzlaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 13,50 dollar azalaraq 1 056,20 dollara, gümüş isə 0,13 dollar azalaraq 14,05 dollara satılıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti isə 1 barelə görə 1,33 dollar azalaraq 41,71 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,60 dollar azalaraq 44,86 dollar olub.