ABŞ prezidenti Donald Tramp ölkəsinin dünyada enerji liderliyini möhkəmləndirmək niyyətindədir.
Bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib.
Onun sözlərinə görə, Tramp daxili enerji resurslarından istifadə etməklə ABŞ-da yeni iş yerləri açmaq, ölkənin xaricində isə enerji liderliyini möhkəmləndirmək niyyətindədir.
“Bu həftə ərzində bununla bağlı mühüm açıqlamanın veriləcəyi gözlənilir”, -deyə Ş.Spayser vurğulayıb.
Enerji liderliyi deyəndə, nəyin nəzərdə tutulduğu barədə sualı cavablandıran Ş.Spayser bildirib ki, söhbət o cümlədən sıxılmış təbii qazın tədarükündən gedir.
“Bu məsələnin həm iqtisadi, həm də siyasi aspekti mövcuddur”, – Ş.Spayser qeyd edib/APA.