XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

28 Noyabr 2015 - 10:49

Statistika Komitəsi: Ölkəyə qoyun idxalı bahalaşıb

 

qoyun.jpg

Bu ilin 9 ayında Azərbaycana 56,1 min iri və xırda buynuzlu mal-qara gətirilib. Bu, 2014-cü ilin eyni dövründən (159,1 min baş) üç dəfə azdır.

Bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər.İlin əvvəlindən xaricdə $19 mln məbləğində 9.420 baş cins mal alınıb. Bir baş cins mal 2014-cü ilin eyni dövründəkindən ($2320) $300 ucuz alınıb. (Turan)

Gömrük Komitəsi bu ildən iribuynuzlu mal-qaranın bəyannamə qiymətinə daha ciddi yanaşmağa başlayıb. Əgər 2014-cü ilin yanvar-sentyabrında 85 min baş idxal inəyi və buzovu gömrükdə orta hesabla $216,7-a bəyan edilibsə, bu il bu göstərici $473,3 olub.

Bu ildən bir qoyun 23 dollar baha ($89) qiymətə idxal olunur.

DSK-ya görə, bu il mal, qoyun, donuz və keçi əti idxalı (4258,4 ton) 2,3% artıb. Bir kq ət gömrükdə $2-a bəyan edilir, pərakəndə satış qiyməti isə $5-10-dır.