XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 İyun 2017 - 09:28

Tramp ABŞ-da neft-qaz yataqlarının işlənilməsinə dair yeni proqram açıqlayıb

ABŞ prezidenti Donald Tramp ölkənin şelfində neft və qaz yataqlarının işlənilməsinə dair yeni proqramın hazırlandığını bildirib.   

“RİA Novosti”nin  xəbərinə görə, Tramp  bu barədə Energetika Nazirliyində çıxışı zamanı bildirib.  Onun sözlərinə görə, bu, ölkənin sahilləri boyunca yerləşən enerji sərvətlərinə yol açacaq.

 Tramp qeyd edib ki, bu addım əlavə enerji resurslarının üzərinə qoyulmuş qadağaları aradan qaldırmağa imkan yaradacaq. Onun sözlərinə görə, əvvəlki administrasiya dövründə həmin yataqların əksəriyyətinin işlənilməsinə qadağa qoyulmuşdu.