2016-cı ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar ötən ilkindən ($860 mln) iki dəfə artıq – 1,7 mlrd dollar olub.
Bu barədə Dövlət Statistika Komitəsindən Turan-a bildiriblər.
İsveçrə 370,5 milyon dollarla (+23,5 dəfə) 2016-cı ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar üzrə liderdir.
Rusiya ölkəmizə 363,2 milyon dollar sərmayə qoyub. Bu ölkədən birbaşa investisiyalar il ərzində 22 dəfə artıb. Türkiyədən birgə şirkətlər və 100% türk kapitallı şirkətlər üçün 307,5 milyon daxil olub. Bu, 2015-ci ildəkindən $87 mln çoxdur. Britaniyadan investisiya həcmi dəyişməyib – $174 milyon dollardır.