XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2017 - 18:24

Azərbaycanın xarici dövlət borcu 7 milyard dollardır –Borcumuz 1 faiz də çoxalıb

Bu il aprelin 1-i üçün Azərbaycanın xarici dövlət borcu 7 milyard dollar təşkil edib. Bu, ilin əvvəlindəkindən 87 milyon və ya 1,2% çoxdur.

Bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər zərfində məlumat verilir.

2017-ci il 1 aprel tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 11,1 mlrd ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər 7 milyard dollar, o cümlədən ilin I rübündə $83,2 mln olub. Bu kreditlərin 57,3%-i 10 ilədək ödənilməlidir. (Turan)