XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2015 - 09:10

“Belə gərginliyin yaranması…” – Nazir Türkiyə-Rusiya münasibətlərindən danışdı
 

“Rusiya və Türkiyə məsələlərinin bu həddə çatması həmin ölkələrin qarşılıqlı turist axınının azalmasına gətirib çıxardacaq”.

 
Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib.
 
Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün çox önəmli turizm nümunəsidir: “Belə gərginliyin yaranması Türkiyəyə Rusiyadan turist axınını azaldacaq. Biz də vəziyyəti nəzərə alıb bu istiqamətdə müəyyən işlər görürük. Artıq Azərbaycan Turizm Assosiasiyası və “AZAL”la birlikdə bu məsələləri müzakirə etmişik. Otellərlə də bu məsələni razılaşdırmışıq ki, onlar yeni tövsiyələrini bizə göndərsinlər. Bu gün nazirlikdə Azərbaycan Turizm Assosiasiyası və turizm sənayesinin nümayəndələri ilə bununla bağlı görüş olacaq. Bu məsələləri bir daha nəzərdən keçirəcəyik”.
 
Nazir bildirib ki, Türkiyədə olan turizm şəraitini Azərbaycanda yaratmaq çətindir: “Rusiya bazarında Azərbaycan turizminin layiqincə təmsil olunmasında maraqlıyıq. Biz Azərbaycana gələcək turistlərə ancaq səyahət, qış, ziyarət, mədəni, müalicə, qostronomik və digər turizm növləri təqdim edə bilərik”. Report