XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2017 - 17:57

Əmanətlərin Sığortalanması Fondu “Dekabank”ın kreditorlarına müraciət edib –Səbəb

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dekabank" ASC-də öhdəliyi qalmış kreditorlara müraciət edib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bankın bütün kreditorlar qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi prosesinin davam etməsinə baxmayaraq, bəzi kreditorlar hələ də vəsaitlərini götürməyiblər.

""Dekabank"ın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vəsaitlərini götürməmiş kreditorlardan vəsaitlərini götürmək üçün bankın Bakı ş., Xəqani küçəsi 14/16 ünvanına müraciət etməklərini xahiş edir", – deyə, məlumatda vurğulanıb.