XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2017 - 21:44

Azərbaycan nefti yenidən bahalaşdı –0,08 dollar

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 30-da 48,57 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,08 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 30-da 48,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 30-da 45,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 30-da 47,39 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,31 dollar/barel çoxdur.