XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 16:39

Xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payı nə qədər artırılıb? –Hesablama Palatası

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsində nəzərdə tutulmuş dəyişikliklərin bir istiqaməti xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payı ilə bağlı olub.

Bu barədə Hesablama Palatasının mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Hesablama Palatasının Qanun layihəsi ilə bağlı təqdim etdiyi rəyə əsasən, 2017-ci ilin dövlət büdcəsinin ilkin təsdiq edilmiş xərclərində 5 layihə üzrə təsdiq edilmiş 144,1 milyon manat məbləğində vəsaitin məbləği 167,0 milyon manat artırılıb, ilkin nəzərdə tutulmamış 1 layihə üzrə 3,0 milyon manat məbləğində vəsaitin ayrılması təklif edilib. Beləliklə, xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının cəmi 170,0 milyon manat məbləğində artırılması nəzərdə tutulub.

Hesablama Palatası öz rəyində həyata keçirdiyi nəzarət tədbirləri və təhlillərə əsaslanaraq xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının maliyyələşdirilməsi ilə bağlı ödənişlərin müqavilə şərtlərinə uyğunlaşdırılmasını məqsədəmüvafiq hesab edib.