XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2017 - 14:58

FHN fermerlərdən taxıl almağa başladı –Tonu 300 manata...

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün taxıl alınmasına prosesinə başlayıb.

FHN-dən verilən məlumata görə, bu məqsədlə “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması, “EL-Babatürk” MMC, “Pak-Nur” firması, “Xırman” MMC, “Rəşad” firması,”Səma”FF firması, “Avropa” firması, “Sarı sünbül” firması, “Azəri-Arapoğlu” US, T.Ltd BM və “Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyul ayının 3-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 AZN olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək.

Məlumatda qeyd olunur ki, taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər:

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

buğda üçün – 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə):

buğda üçün – 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

buğda üçün – 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün:

13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq : 3-cü sinif buğda üçün – 23 faizdən az olmamaqla

yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)

VI. Şüşəvarilik:

3-cü sinif buğda üçün – 40% -dən az olmamaqla

VII. İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad – yol verilmir

VIII. Sürmə ilə sirayətlənmiş dənlər – yol verilmir

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə – yol verilmir

X. Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) – yol verilmir

Məlumatda qeyd edilir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.