XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

06 İyul 2017 - 16:51

“”Şahdəniz 2″ layihəsi Gürcüstanın əlavə təbii qaz əldə etməsinə imkan yaradacaq” –Kaxa Kaladze 

kaladze enerji.jpg

“Şahdəniz 2” layihəsi başa çatandan sonra Gürcüstanın əlavə təbii qaz əldə etmək imkanı yaranacaq.

Bu barədə Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bu gün 5 illik fəaliyyəti barədə təqdim etdiyi hesabat zamanı deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində Gürcüstanda 2 milyard ABŞ dolları məbləğində investisiyalar həyata keçiriləcək.

“Şahdəniz 2” layihəsinin strateji əhəmiyyətini qeyd edən K.Kaladze bildirib ki,  Gürcüstanda layihə çərçivəsində həyata keçiriləcək işlərlə bağlı iki min iş yeri yaradılıb.

K. Kaladzenin sözlərinə görə, “Şahdəniz 2” layihəsi çərçivəsində qaz hasilatına 2018-ci ilin əvvəlində başlanılması gözlənilir.

Gürcüstan ərazisində həyata keçirilən qazlaşdırılma prosesinə toxunan K.Kaladze bildirib ki, Gürcüstanda bütün kəndlərin qazla təmin edilməsi başa çatdırılmayıb:

“2014-2015-ci illərdə 58 yaşayış məntəqəsinə qaz kəməri çəkilib və bunun da nəticəsində 13 459 ailə mavi yanacaqla təmin olunub. Gürcüstan ərazisində həyata keçirilən qazlaşdırılma prosesini hökumət maliyyələşdirir”.

K.Kaladze əlavə edib ki, Gürcüstanda yeraltı qaz anbarının yaradılması layihəsi üzrə işlər aparılır və 2020-ci ildə layihənin başa çatdırılması gözlənilir.

Təqdimat zamanı Kaxa Kaladze bəyan edib ki, bu gündən energetika naziri vəzifəsini icra etməyəcək. Qeyd edək ki, Kaxa Kaladze hakim “Gürcü arzusu” partiyasından Tbilisi meri vəzifəsinə namizəd irəli sürülüb. 

APA