XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 11:12

Ən ucuz elektrik enerjisi Ukrayna, Qazaxıstan və Rusiyadadır – Qiymət reytinqi

 

elektrik enerji.jpg

“Sputnik Azərbaycan” Beynəlxalq informasiya agentliyi və radiosu 19-cu illik “MDB ölkələrinin neft emalı və neft kimyası həftəsi” konfransının baş informasiya tərəfdaşı kimi Avropa ölkələrində elektrik enerjisinin əhali üçün qiymət reytinqini təqdim edəcək.

Bu barədə Strateq.az-a agentlikdən daxil olan məlumatda bildirilib. Konfrans ümumdünya neft emalı assosiasiyası tərəfindən dekabrın 1-dən 3-dək Bakıda təşkil edilir.

Aparılan tədqiqatlara əsasən ən ucuz elektrik enerjisi olan ölkələrin siyahısına Ukrayna, Qazaxıstan və Rusiya başçılıq edir.

2015-ci ilin noyabrın ortasına olan məlumata görə ən baha elektrik enerjisi isə Bolqarıstan, Monteneqro və Moldovadadır.

Avropa ölkələrində elektrik enerjisi tariflərinin milli valyutada ən böyük artımı Ukraynada (48%), Moldovada (34%) və Belarusda (16%) müşahidə olunub. Ən çox isə elektrik enerjisinin tarifləri Albaniyada (30%) və Serbiyada (5%) baş verib.

19-cu illik “MDB ölkələrinin neft emalı və neft kimyası həftəsi” konfransı neft emalı müəssisələrində yeni texnologiyaların işlənib hazırlanması və tətbiqi sahəsində ən böyük tədbirdir. Konfransda bu sahədə aparıcı müəsissələrınin rəhbərləri neft emalı sahəsində səmərəliliyin artırılması və xərclərin azaldılması üzrə təcrübələrini bölüşəcəklər.

Neft emalı həftəsi ilə tərəfdaşlıq çərçivəsində “Sputnik Azərbaycan” portalının rus və Azərbaycan versiyalarında oxuculara aparıcı ekspertlərin, MDB ölkələrinin iri neft kimyası və neft emalı müəssisələrinin rəhbərlərinin müsahibə və şərhləri təqdim ediləcək.

«Neft emalı və neft kimyası bir sıra MDB ölkələrinin iqtisadiyyatında mühüm rol oynayır. Bu cür görüş və konfransların keçirilməsi və işıqlandırılması nəyinki aidiyyatı sahənin müəssisələri arasında, həmçinin ümumilikdə ölkələr arasında əlaqələrin inkişafına xidmət edəcək», – deyə “Sputnik Azərbaycan”ın rəhbəri Əziz Əliyev qeyd edib.