XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 19:12

Əmanətlərin Sığortalanması Fondu ləğv olunmuş 4 bankın əmanətçilərinəmüraciət etdi

 

Əmanətlərin Sığortalanması Fondu 4 bankın əmanətçilərinə müraciət edib.

 Fonddan  verilən məlumata görə, 13 avqust 2007-ci il tarixdə 29 nömrəli reyestr nömrəsi ilə fonda üzv olan “Dekabank” ASC, 27 fevral 2009-cu il tarixdə 41 nömrəli reyestr nömrəsi ilə fonda üzv olan “Kredobank” ASC,  30 iyul  2007-ci il tarixdə 24 nömrəli reyestr nömrəsi ilə fonda üzv olan “Parabank” ASC,  30 iyul 2007-ci il tarixdə 23 nömrəli reyestr nömrəsi ilə fonda üzv olan “Zaminbank” ASC-də 25 iyul 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

“Əmanətlərin sığortalanması haqqında” qanunun 28.3.-cü maddəsinə əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün 1 avqust 2017-ci il hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən 1 avqust 2017-ci il tarixə kimi kompensasiyaların geri alınması üçün fonda müraciət etməkləri xahiş olunur.

“Əmanətlərin Sığortalanması haqqında” qanunun 28.4.-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Əmanətçilərin diqqətinə çatdırılır ki, fondun “Kompensasiyaların ödənilməsi proseduruna dair” Qaydalarının 11-ci maddəsinə uyğun olaraq qanunun 28.4-cü maddəsində qeyd edilən əmanətçinin müraciətini qeyri-mümkün etmiş hallara əmanətçinin Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olması, ağır xəstəliyi, qarşısı alınmaz qüvvənin təsiri, məhkəmə qərarı ilə müraciət müddətinin uzadılması aiddir. Bu kimi hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Qeyd edilən sənədlər təqdim edilmədiyi halda əmanətçiyə müraciət müddətini ötürməsi ilə əlaqədar kompensasiya ödənilməsindən imtina olunacaq.

Diqqətə çatdırılıb ki, ləğv prosesində olan “Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 87 mln. 601 min manat olmaqla onlardan 50 mln. 714 min manatı qorunan əmanətlər, o cümlədən 43 mln. 885 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 43 milyon 222 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) və 662 min ödənilməmiş  kompensasiya öhdəliyi qalıb.

 

Ləğv prosesində olan “Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 77 mln. 116 min manat olmaqla onlardan 75 mln. 574 min manatı qorunan əmanətlər, o cümlədən 72 mln. 675 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 65 mln. 732 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 90,4 %-i) və 6 milyon 942 min manat ödənilməmiş  kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 30 mln. 191 min manat olmaqla onlardan 29 mln. 159 min manatı qorunan əmanətlər, o cümlədən 27 mln. 910 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 27 milyon 771 min manat kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,9 %-i) və 138 min 581 manat ödənilməmiş  kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 5 mln. 360 min manat olmaqla onlardan 3 mln. 684 min manatı qorunan əmanətlər, o cümlədən 3 mln. 127 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 3 milyon 087 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,7 %-i) və 39 min 183 manat ödənilməmiş  kompensasiya öhdəliyi qalıb.