“TANAP layihəsi bəlkə də daha tez icra ediləcək” – Prezident İlham Əliyev
“TANAP layihəsi vaxtında – 2018-ci ildə, bəlkə də daha tez icra ediləcək”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuat konfransında deyib.
Prezident İlham Əliyev bildirib ki, TANAP layihəsinin icrasında heç bir problem yoxdur: “Bu gün biz bir daha bu məsələni müzakirə etdik və əminəm ki, bu layihə vaxtında – 2018-ci ildə, bəlkə ondan da tez icra ediləcək. Beləliklə, Azərbaycan Türkiyəyə, sonra Avropaya daha böyük həcmdə təbii qaz ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni, alternativ mənbəyə çıxış əldə edəcəklər. Bütün tərəflər bu layihənin icrasından ancaq fayda götürəcəklər”.