XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 21:33

“AtraBank”ın əmlakı hərraca çıxarıldı –2 milyon 363 min manat dəyərində

Ləğv prosesində olan “AtraBank” ASC-nin balansında olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 48E nömrəli fərdi yaşayış evi ötən gün ilkin  satış qiyməti  2 mln. 363,250 min manat olmaqla açıq hərraca çıxarılıb.

Əmanətlərinin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, açıq hərraca çıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.

Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verilib.

Ləğv prosesində olan “Royal Bank” ASC-nin reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlıqları da hərraca çıxarılıb.

İlkin  satış qiyməti 17 421 (on yeddi min dörd yüz iyirmi bir) manatdır.