XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

14 İyul 2017 - 12:19

Manatın real effektiv məzənnəsibir qədər azalıb

Azərbaycan manatının real effektiv məzənnəsi 2017-ci il iyun ayının 1-nə 94,6 bənd təşkil edib. 

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-nə olan analoji göstərici ilə müqayisədə 1 faiz bəndi yüksəkdır. Keçən ilin analoji dövrünə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 1,8 faiz bəndi artıb.

Real effektiv məzənnənin əsasən sabit qalmasına səbəb Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutaları – Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanının dollarla müqayisədə ciddi dəyişiklik göstərməməsidir. Bu tendensiyanın iyun ayında pozulduğu və əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarının ucuzlaşdığı müşahidə olunub ki, bu da manatın real effektiv məzənnəsinin yüksəlməsində özünü biruzə verəcək.

Qeyd edək ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş sayılır.