Bu ilin iyun ayında Azərbaycanda 3 226,3 min ton neft hasil edilib.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, bunun 609,3 min tonu, yaxud 18,89%-i Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.
Qeyd edək ki, ümumilikdə, cari ilin ilk yarısında ölkə üzrə 19 160,5 min ton, o cümlədən, SOCAR üzrə 3 705,4 min ton neft hasil olunub.