XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 07:23

Azərbaycan noutbuk istehsalına başlayır – Rəsmi

“2016-cı il ərzində Azərbaycanda Tayvanın “Acer” şirkətinin brendi ilə təqribən 5 min kompüter istehsal ediləcək”.

Bunu “H-tech” şirkətinin icraçı direktoru Səid Quliyev deyib.

Onun sözlərinə görə, hazırda ölkənin bir sıra dövlət strukturları ilə aparılan danışıqlar uğurla keçsə, istehsalın həcmi 5 dəfə arta bilər.

S.Quliyev qeyd edib ki, “Acer” kompüter texnikasının istehsalına 2016-cı ilin fevralında başlanılacaq: “Mingəçevir texnologiya parkında istehsal ediləcək məhsulun qiyməti rəqabət qabiliyyətli olacaq”.

O, əlavə edib ki, istehsal edilən texnika əvvəlcə “BestComp” şirkətinin mağazalar şəbkəsində satılacaq, sonra isə distribüter şəbəkəsi genişlənəcək(Trend).