XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 08:23

Yanan platformada hasilat bərpa edilir – Rəsmi

“Azneft” İstehsalat Birliyi “Günəşli” yatağının 10-cu özülündə baş verən yanğından sonra həmin platformada hasilatın bərpa edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.  

“Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib ki, artıq dünəndən bu istiqamətdə işlərin aparılmasına hazırlıq paralel şəkildə aparılır:

“Bir yerdə yanğının baş verməsi o boyda platformanın itirilməsi demək deyil. Sadəcə olaraq, biz yanğını söndürən kimi ilk əvvəl yararsız hala düşmüş avadanlıqların demontajı, ondan sonra onların montajı aparılacaq”.  

B.Ağarəhimov sosial şəbəkələrdə SOCAR-ın qurumlarından birinin dekabrın 5-də bayram şənliyi keçirməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. Onun sözlərinə görə, belə bir hadisənin baş verməsi mümkün deyil(Trend).

Xatırladaq ki, dekabrın 4-də saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.