XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 14:07

Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı gedib  –FOTO

 

Türkiyədən Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı yola düşüb.

“Anadolu” agentliyi xəbər verir ki, sınaq qatarı Türkiyənin Qars şəhərindən Gürcüstana yollanıb.

Sınaq qatarının ilk sərnişinləri arasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev olub. Adıçəkilən qurumların rəhbərləri yolboyu görülən işlərlə tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparıblar.