XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2017 - 18:05

“Türkiyəyə təbii qazın ilk hissəsi 2018-ci ilin birinci yarısında çatdırılacaq” –Rövnəq Abdullayev

Transanadolu qaz kəmərinin (TANAP) tikinti işləri 77,3 faiz başa çatıb.

Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev "Anadolu" agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, TANAP Azərbaycan, Türkiyə və Avropa üçün enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm layihədir.

R.Abdullayevin sözlərinə görə, boru kəmərinin inşası sürətlə davam edir: "Türkiyəyə TANAP ilə təbii qazın ilk hissəsi 2018-ci ilin birinci yarısında çatdırılacaq".

SOCAR prezidenti bildirib ki, layihənin dəyəri təqribən 8,5 milyard dollar təşkil edir/Trend.