XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2017 - 11:01

Azərbaycan nefti bahalaşmaqda davam edir –Birjada qiymətlər

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar ucuzlaşaraq 44,44 dollar təşkil edib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar azalaraq 49,29 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,7 dollar bahalaşaraq 50.28 dollar təşkil edib. (Azərtac)