XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 December 2015 - 17:30

Prezident yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanunları təsdiqlədi – Məbləğlər

Bu gün Prezident İlham Əliyev Azərbaycanda “2016-cı il üçün yaşayış minimumu haqqında” Qanunu da təsdiq edib.

Strateq.az xəbər verir ki, təsdiqlənən qanuna görə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

Onu da qeyd edək ki, Prezident bu gün ehtiyac meyarı ilə bağlı qanunu da təsdiq edib. Bununla da ünvanlı Dövlət Sosial Yardımın (üSY) 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Hər iki Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.