XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

23 İyul 2017 - 18:26

Son altı ayda hansı xarici ölkələr Azərbaycana kapital qoyub? –ADLAR

2017-ci ilin yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 282,7 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 583,1 milyon manatı (83,7 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,5 faizini əsaslı təmir, 4,2 faizini cari təmir, 17,8 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 87,0 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.