XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

24 İyul 2017 - 12:07

BVF-dən bədbin proqnoz:Neft gözlənildiyindən ucuz olacaq

Beynəlxalq Valyuta Fondu (BVF) 2017 və 2018-ci illər üçün neft proqnozlarını 3 dollar/barel azaldaraq müvafiq olaraq 51,9 və 52 dollar/barelə salıb. Bu barədə Fondun yenilənmiş "World Economic Outlook" dünya iqtisadiyyatı üzrə iyul icmal hesabatında bildirilir.

Fondun analitiklərinin fikrincə, neft qiymətləri ABŞ-da yüksək hasilat həcmi və təklifin artması nəticəsində azalır: "2016-cı ilin ikinci yarısında başlayan neft qiymətlərinin artması nəticəsində inflyasiyanın yüksəlməsi prosesi də artıq zəifləyib".

Qeyd edək ki, BVF-in aprel icmalında neftin 2017-ci il üçün proqnoz qiyməti 55,23 dollar/barel, 2018-ci ili üçün isə 55,06 dollar/barel olub.