Beynəlxalq Valyuta Fondundan verilən məlumata əsasən, 2017-ci ildə Britaniya iqtisadiyyatında artım ötən illərlə müqayisədə zəifləyib.
2017-ci il üçün artım proqnozu 1,7 faizdir, ötən il isə bu göstərici 2 faiz olub. Buna baxmayaraq, ölkənin ümumi qlobal artım proqnozu dəyişməz qalıb. Bu göstərici 2018-ci il üçün 1,6 faiz müəyyənləşdirilib.
Birləşmiş Krallığın bundan sonrakı iqtisadi göstəriciləri, “Brexit” prosesi vaxtı Avropa İttifaqı ilə razılaşmalardan və “Brexit”dən sonra qurulan iqtisadi anlaşmalardan asılı olacaq.