XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

25 İyul 2017 - 15:26

Azərbaycanda pomidorun qiyməti 3 dəfə qalxdı –4 səbəb

Azərbaycanda pomidorun qiymətində kəskin artım müşahidə olunur.

Belə ki, 2 həftə əvvələ kimi bazarlarda 50 qəpiyə belə pomidor tapmaq mümkün ikən, hazırda sözügedən kənd təsərrüfatı məhsulunun qiyməti 1 manat 60 qəpiyə kimi qalxıb.

Pomidorun qiymətindəki artımın səbəbləri barədə BakuPost.az-a danışan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov burada 4 əsas amilin rol oynadığını bildirib: "Bunun səbəblərindən biri istixana məhsullarının kəskin şəkildə azalmasıdır. İkincisi, açıq şəraitdə yetişdirilən pomidor istehsalı ciddi azalıb. Əvvəlki illərə nisbətən az istehsal olunur. Üçüncüsü, istehsal olunan məhsul Rusiyaya ixrac olunur.  Dördüncüsü və ən əsası, pomidorun daşınma xərci artıb. Bu da benzinin qiymətinin artımı ilə bağlıdır”.