XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2017 - 09:57

Şirkətlər sosial evləri neçəyə tikəcəklər? –Bina üzrə müqavilələrin qiyməti açıqlanıb


Mənzil Tikintisi Dövlət Agentliyi yanında "MİDA" MMC Bakı şəhərinin Yasamal rayonunda 7 sosial binanın tikintisinə dair 3 şirkətlə razılaşmaların son 30 gün ərzində gizli saxlanılan qiymətini açıqlayıb.

İnformasiya tender.gov.az portal vasitəsilə təqdim edilib. "Mek-An" şirkəti ilə müqavilənin qiyməti (3 12 mərtəbəli bina) 9 mln., 45,1 min manat, "Araz Insaatci" MMC ilə (1 iki bloklu, 9 mərtəbəki və 12 mərtəbəli) 6 mln., 186 min və "AS Tikinti" MMC ilə (qeyri-yaşayış sahəsi ilə 2 iki bloklu 9 mərtəbəli) 6 mln. 818,8 min manat təşkil edib.