OPEC+ ölkələrinin nümayəndələri avqustun 7-8-də Abu-Dabidə növbədənkənar iclasda saziş çərçivəsində razılaşmaların icrasını müzakirə edəcəklər.
Azərtac xəbər verir ki, OPEC-in məlumatında belə deyilir.
Məlumatda daha sonra deyilir: “İclas 2017-ci il avqustun 7-8-də Abu-Dabidə Küveytin və Rusiyanın həmsədrliyi ilə keçiriləcək. Müzakirələrdə 2017-ci ildə OPEC-ə sədrlik edən Səudiyyə Ərəbistanından nümayəndələr iştirak edəcəklər”.