XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

31 İyul 2017 - 09:38

Dünya birjalarında neft bahalaşıb –Brent 52 dolları ötüb

Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,36% artaraq 49,89 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,30 dollar və ya 0,57% artaraq 52,82 dollar olub.

Ticarət sessiyası ərzində WTI markalı neftin 1 barelinin dəyəri mayın 30-dan etibarən ilk dəfə 50 dollar həddini keçib. Cümə günü aylıq maksimumu yeniləyən Brent markalı neftin qiyməti isə hələ də 52 dollardan yuxarı olaraq qalır.