OPEK və qeyri–üzv ölkələrin avqustun 7-8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində təcili iclası keçiriləcək.
Oxu.az xəbər verir ki, müzakirələrə Küveyt və Rusiya rəhbərlik edəcək. İclasda OPEK-in rəhbəri kimi Səudiyyə Ərəbistanı nümayəndələri də iştirak edəcəklər.
Sammitdə bəzi ölkələrin razılaşmanın şərtlərinə tam əməl etməməsi müzakirə ediləcək. Belə ki, 22-24 iyul tarixlərində Sankt-Peterburqda keçirilən nazirlər komitəsinin görüşündə altı ayın nəticələrinə görə hasilatın azaldılmasına dair planın 98 faiz icra edildiyi bildirilmişdi.